background
  • Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti 10
  • Faks: (+994 021) 215-57-77
  • E-mail: mail@shirvan-ih.gov.az

Elanlar

  • Azərsu

    Azərsu

    2019-10-29

    "Azərsu" ASC-nin Kür su kəmərləri idarəsindən Bakı şəhərinə və Şirvan-Muğan Qrup su kəmərinə ötürülən diametri 1400mm olan magistral su xəttinin Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən hissəsində böyük qəza baş verdiyi üçün Şirvan şəhərinə içməli suyun ötürülməsi aparılan təmir işləri ilə əlaqədar müvəqqəti dayandırılmışdır.

  • DİM-nin Şirvan Regional Bölməsinə aid rayonla...

    DİM-nin Şirvan Regional Bölməsinə aid rayonlarda ixtisas seçimi ilə əlaqədar yaradılmış Məsləhət Mərkəzləri barədə məlumat

    2019-07-23

    İxtisas seçimi günlərində (24 iyul – 6 avqust, şənbə, bazar günləri istisna olmaqla) cədvəldə verilmiş tarixlərdə (M.Ə.Rəsulzadə küçəsi 19) DİM-nin inzibati binasında Şirvan Təhsil Şöbəsinin və DİM-nin əməkdaşlarının iştirakı ilə "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

  • Su təchizatının dayandırılması

    Su təchizatının dayandırılması

    2019-07-22

    Hörmətli Şirvan şəhər sakinləri, nəzərinizə çatdırmaq istərdik ki, şəhərin Naxçıvan, S.Zeynalov və H.Əliyev prospektində 23 iyul 2019-cu il tarixdə saat 10:00-dan - saat 13:00-dək baş vermiş qəza ilə əlaqədar suyun verilməsi müvəqqəti olaraq dayandırılacaqdır. Nəzərə almağınızı Sizdən xahiş edirik.

  • Qaz təchizatının dayandırılması

    Qaz təchizatının dayandırılması

    2019-05-29

    Hörmətli Şirvan şəhər sakinləri, nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin 2019-cu il üçün təsdiq etdiyi proqrama əsasən Qaz təsərrüfatı sisteminin dayanıqlı, təhlükəsiz istismarına nəzarətin gücləndirilməsi, bu istiqamətdə operativliyin artırılması və qaz itkilərinin qarşısının alınması məqsədilə Şirvan XS-nin xidməti ərazilərində istismarda olan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin təsdiq olunmuş qrafikə uyğun kipliyə və möhkəmliyə sınanması ilə əlaqədar 29 may 2019-cu il tarixdə saat 14:00-dan işlər başa çatanadək Muğan ölçü qovşağından şəhərə gələn 215 mm-lik orta təzyiqli yeraltı polietilen qaz kəmərində aparılması planlaşdırılan kipliyə yoxlanma işləri ilə əlaqədar olaraq şəhərin Çılpaqlı qəsəbəsi M.Mirzəyev, M.Qədirov, Neftçilər, Füzuli küçələrində və Köhnə şəhərin bəzi hissəsələrində qaz təchizatında yaranacaq qısa məhdudiyyətləri Nəzərə almağınızı Sizdən xahiş edirik.

  • “Asan” xidmət Şirvan şəhərində.

    “Asan” xidmət Şirvan şəhərində.

    2019-05-14

    27 may – 25 iyun 2019-cu il tarixlərdə Şirvan Folklor evinin qarşısındakı meydanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları xüsusi təyinatlı avtobusla Şirvan şəhərinin sakinlərinə “Asan” xidmət göstərəcəklər.

  • ELAN

    ELAN

    2019-05-13

    22 may 2019-cu il tarixdə saat 10:00-da Şirvan şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulunu keçirəcəkdir.Qəbulda iştirak etmək istəyən şəhər sakinləri (021) 215-45-06 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

  • Qaz təchizatının dayandırılması

    Qaz təchizatının dayandırılması

    2019-05-02

    Hörmətli Şirvan şəhər sakinləri, nəzərinizə çatdırmaq istərdik ki, Şirvan şəhəri kənd evləri yaşayış massivində 02 may 2019-cu il tarixdə qaz xəttinin dəyişdirilməsi ilə əlaqədar olaraq qazın verilməsi müvəqqəti olaraq saat 18:00-dək dayandırılacaqdır.Nəzərə almağınızı Sizdən xahiş edirik.

  • Su təchizatının dayandırılması

    Su təchizatının dayandırılması

    2019-04-29

    Hörmətli Şirvan şəhər sakinləri, nəzərinizə çatdırmaq istərdik ki, Şirvan şəhəri F.X.Xoyski küçəsində Məcburi köçkünlər üçün nəzərdə tutulmuş tikilməkdə olan şəhərciyə “Azərsu” ASC tərəfindən verilən texniki şərt əsasında (N 017/693-tş 04.12.2018) D-110 mm-lik su xəttinə qoşulduğu üçün F.X.Xoyski, N.Tusi, Ş.İ.Xətai, M.Əzizbəyov, M.Şəhriyar, Ərəblinski, Ə.Kürçaylı, Ə.Qarayev, M.Hüseynzadə, Şəhidlər, Z.Hacıyev, Natavan, X.Məmmədov, Xəqani, Ş.Qurbanov, T.İsmayılov, Ü.Hacıbəyov, M.F.Axundov, N.Rəfibəyli, Təbriz, Puşkin, Şirvan, 20 Yanvar, Çəmənzəmənli, Q.Qarayev, M.Əsədov, M.Aydınov, M.S.Ordubadi, Nəsimi, Heyran xanım, F.Cavadov, Ç.Mustafayev, M.Əcəmi, C.Qaryağdıoğlu, A.Mustafayev, Bülbül və S.Bəhlulzadə küçələrində 30 aprel 2019-cu il tarixdə saat 09:00-dan saat 16:00-dək suyun verilməsi müvəqqəti olaraq dayandırılacaqdır. Nəzərə almağınızı Sizdən xahiş edirik.

  • Su təchizatının dayandırılması

    Su təchizatının dayandırılması

    2019-04-18

    Hörmətli Şirvan şəhər sakinləri, nəzərinizə çatdırmaq istərdik ki, şəhərin “Köhnə şəhər”, “Demanlı” və ”Çılpaqlı” yaşayış massivlərində su verlişinin məhsuldarlığının artırılması və davamlı təminatı məqsədi ilə yüksək təzyiqli su kəmərindən ayrılan d-450 mm-lik (Çılpaqlı) magistral xəttin üzərinə siyirtmələr quraşdırılması üçün 19 aprel tarixdə səhər saat 08:00-dan etibarən 12 saat müddətinə həmin xəttdən su verilməsi dayandırılacaqdır.Nəzərə almağınızı Sizdən xahiş edirik.

  • Könüllü fəaliyyətinə sən də qoşul!

    Könüllü fəaliyyətinə sən də qoşul!

    2019-04-01

    Şirvan şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.

  • Su təchizatının dayandırılması

    Su təchizatının dayandırılması

    2019-01-24

    Hörmətli Şirvan şəhər sakinləri, nəzərinizə çatdırmaq istərdik ki, şəhərin Naxçıvan və T.İsmayılov küçələrinin yeni su şəbəkəsinə qoşulması üçün 24 yanvar 2019-cu il tarixdə saat 24:00-dan - 25 yanvar 2019-cu il axşam saatlarınadək magistral xətlə su verilməsi dayandırılacaqdır. Nəzərə almağınızı Sizdən xahiş edirik.

  • Səyyar Asan Qatar Şirvan şəhərində.

    Səyyar Asan Qatar Şirvan şəhərində.

    2019-01-21

    01 fevral – 02 mart 2019-cu il tarixlərdə (30 gün) saat 10:00-dan başlayaraq Şirvan dəmiryol stansiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları xüsusi təyinatlı qatarla Şirvan şəhərinin sakinlərinə “Asan” xidmət göstərəcəklər.

  • Səyyar Asan Qatar Şirvan şəhərində.

    Səyyar Asan Qatar Şirvan şəhərində.

    2018-12-14

    14 dekabr – 28 dekabr 2018-ci il tarixlərdə (15 gün) saat 10:00-dan başlayaraq Şirvan dəmiryol stansiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları xüsusi təyinatlı qatarla Şirvan şəhərinin sakinlərinə “Asan” xidmət göstərəcəklər.

  • Su təchizatının dayandırılması

    Su təchizatının dayandırılması

    2018-12-13

    Hörmətli Şirvan şəhər sakinləri, nəzərinizə çatdırmaq istərdik ki, şəhərin təzə şəhər yaşayış massivində çoxmənzilli yaşayış binalarının yeni şəbəkəyə qoşulması və köhnə şəbəkədən ayrılması məqsədilə 14.12.2018-ci il tarixdə səhər saat 10:00-dan - saat 17:00-dək şəhərə daxil olan d-710 mm-lik magistral xətlə su verilməsi dayandırılacaqdır. Nəzərə almağınızı Sizdən xahiş edirik.

Foto qalereya

Mükafat və nailiyyətlər