Home Contact Phone
background
  • Ünvan: Şirvan şəhəri, Istiqlaliyyət prospekti 10
  • Faks: (+994 021) 215-57-77
  • E-mail: mail@shirvan-ih.gov.az

Xəbərlər

  • Şirvanda şəhid Vəliyev Şəmsəddin Aqil oğlu...

    Şirvanda şəhid Vəliyev Şəmsəddin Aqil oğlunun doğum günü qeyd olunub.

    2022-01-23

    22 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi Mürsəl Allahverdiyev, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan şəhər Şəhidlər Xiyabanında Şəmsəddin Vəliyevin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

  • Bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümüdü...

    Bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümüdür.

    2022-01-20

    Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

  • Şirvanda 20 Yanvar faciəsinin 32-ci ildönümü ...

    Şirvanda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib.

    2022-01-20

    20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, Mərkəzi İcra Hakimiyyəti orqanlarının regional təşkilatlarının,hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri öncə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət etdilər. Abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.

  • Şirvanda “20 Yanvar-Müstəqilliyimizin qanlı ...

    Şirvanda “20 Yanvar-Müstəqilliyimizin qanlı tarixi” adlı tamaşa səhnələşdirilib.

    2022-01-19

    18 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ssenarist, rejissor Elşən İsmayılın 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar-Müstəqilliyimizin qanlı miladı” adlı milli-ideoloji, faciəvi dram tamaşası səhnələşdirilib.

  • Şirvanda “İstiqlal yolumuzun ilk zirvəsi-20 Y...

    Şirvanda “İstiqlal yolumuzun ilk zirvəsi-20 Yanvar” adlı rəsm sərgisi keçirilib.

    2022-01-19

    19 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “İstiqlal yolumuzun ilk zirvəsi-20 Yanvar” adlı istedadlı yeniyetmə və gənclərin rəsmlərindən ibarət sərgi keçirildi.

  • Vətən müharibəsinin şəhidi Şəmsəddin Aqil...

    Vətən müharibəsinin şəhidi Şəmsəddin Aqil oğlu Vəliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

    2022-01-19

    19 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış şəhid Şəmsəddin Aqil oğlu Vəliyevin doğum günü münasibətilə anım tədbiri təşkil olunub.

  • Vətən müharibəsinin şəhidi Məmmədli Cavid ...

    Vətən müharibəsinin şəhidi Məmmədli Cavid Natiq oğlunun doğum günü qeyd edilib.

    2022-01-16

    16 yanvar 2022-ci il tarixdə Şirvan şəhərinin qəhrəman oğlu şəhid Məmmədli Cavid Natiq oğlunun doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Aynur Fərzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, İcra Hakimiyyəti aparatının, şəhərin idarə və müəssisələrinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, şəhidin ailə üzvləri, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Məmmədli Cavid Natiq oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

  • Şirvan Gənclər Evində şəhid Məmmədli Cavid...

    Şirvan Gənclər Evində şəhid Məmmədli Cavid Natiq oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

    2022-01-14

    14 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş şəhid Məmmədli Cavid Natiq oğlunun doğum günü münasibətilə xatirə tədbiri təşkil olunub.

  • Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı...

    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriki

    2021-12-31

    Əziz şirvanlılar ! Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə xoşbəxt həyat, firəvanlıq, sevinc dolu günlər arzu edirəm. Ulu Öndər Heydər Əliyevin milli birliyimizə və həmrəyliyimizə xidmət edən fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarı ilə dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunmuş, dünya azərbaycanlılarının qurultayı keçirilmiş, soydaşlarımızın vahid ideologiya, mənəvi dəyərlər ətrafında birliyi təmin edilmişdir. Çox təqdirəlayiq, qürurverici haldır ki, Ulu Öndərin müstəqil dövlətçilik konsepsiyası, milli ideologiyamızın əsas prinsipləri bu gün də Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir....

  • Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı...

    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ənənəvi olaraq sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib.

    2021-12-30

    30 dekabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları şəhid ailələri ilə birlikdə ənənəvi olaraq Şirvan Şəhidlər Xiyabanını ziyarət edib.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

    2021-12-30

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

  • Şirvanda 31 Dekabr- Dünya Azərbaycanlılarını...

    Şirvanda 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə hərs olunmuş ümumşəhər tədbiri keçirilib.

    2021-12-30

    Şirvanda 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə hərs olunmuş ümumşəhər tədbiri keçirilib.

  • Şirvanda Nizami Gəncəvinin 880 illiyinə həsr ...

    Şirvanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

    2021-12-27

    Ölkəmizdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə geniş qeyd edilir. Dövlət başçısının sərəncama uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyəti başçısının bu ilin əvvəlində “Şirvan şəhərində Nizami Gəncəvi ilinin geniş qeyd edilməsi barədə” sərəncamı əsasında tədbirlər planı təsdiq edilmiş, silsilə tədbirlər keçirilmişdir. Bu gün də həmin tədbirlərin yekunu olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri təşkil edilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

  • Şirvan şəhərinin sonuncu şəhidi Əliyev Elç...

    Şirvan şəhərinin sonuncu şəhidi Əliyev Elçin Əliqardaş oğlunun şəhadətinin 40-cı günü xatirəsi yad edilib.

    2021-12-26

    Dekabrın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Əliyev Elçin Əliqardaş oğlunun izdihamla son mənzilə yola salınmasından 40 gün keçir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov,, İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri Şirvan şəhər Şəhidlər Xiyabanında Əliyev Elçin Əliqardaş oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

  • Şirvan şəhərində müasir park qurulur

    Şirvan şəhərində müasir park qurulur

    2021-12-25

    Şirvan şəhərində müasir park qurulur - AZTV

  • 24 dekabr Azərbaycan Respublikasının Prezidenti...

    24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

    2021-12-24

    Hörmətli cənab Prezident! Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı – müzəffər xalqdır! Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz. Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu. Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir. Sizə ən səmimi təşəkkürlər! İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm. Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var. Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik! Mehriban Əliyeva

  • Şirvanda  “İlham Əliyev-davamlı inkişaf mod...

    Şirvanda “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

    2021-12-23

    Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə 23 dekabr 2021-ci il tarixdə YAP şəhər təşkilatının konfrans zalında “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans iştirakçıları öncə məktəblilərin İlham Əliyevin həyat və fəaliyyətinə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, hüquq-mühafizə orqanlarının, ictimai və siyasi qurumların, idarə müəssisə və təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifidir” mövzusunda elmi-nəzəri konfrans dövlət himni ilə açıq elan edilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərindən, xüsusi ilə erməni işğalına və təcavüzünə qarşı Silahlı Qüvvələrimizin Zəfər yürüşünə uğurlu rəhbərlik etməsindən, həyata keçirdiyi hücum xarakterli diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdən, ata vəsiyyətini ləyaqətlə yerinə yetirməsindən bəhs edən “Ata vəsiyyəti” sənədli filminə tamaşa ediblər.

  • Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı...

    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “STEAM Azərbaycan” Festivalının qalibi Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxsin komandasını təbrik edib.

    2021-12-21

    9-10 dekabr 2021-ci il tarixlərində 6-11-ci sinif şagirdləri üçün Bakı Ekspo Mərkəzində Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində ilk SAF 2021(STEAM Azerbaijan Festival) keçirilmişdir. Festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarını inkişaf etdirməkdən ibarətdir. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM Open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego Sumo”, “Line follower”, “3D Cad”, “Short Movie”, “Edu Drone”, “Humanoıd Robot” yarışlar təşkil edilmişdir. Əlavə olaraq məktəblilərə Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olmaq, oyunun aktiv iştirakçısına çevrilmək imkanı yaradılmışdır. Festivalda regionlardan 91 komandadan 374 nəfər, paytaxt üzrə 198 komandadan 518 nəfər olmaqla, ümumilikdə 289 komandadan 892 nəfər iştirak etmişdir.

  • Şirvan şəhərində qanvermə aksiyası keçiril...

    Şirvan şəhərində qanvermə aksiyası keçiriləcək.

    2021-12-13

    14 dekabr 2021-ci il tarixdə Şirvan şəhərində hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədilə könüllü qanvermə aksiyası keçiriləcəkdir.

  • Şirvan şəhərində Azərbaycan xalqının Ümum...

    Şirvan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib.

    2021-12-12

    12 dekabr 2021-ci il tarixdə, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Millət Vəkili İltizam Yusifovun, şura üzvlərinin, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərlərinin iştirakı ilə keçirilən ümumşəhər tədbiri Ulu öndərin şəhərin Heydər Əliyev Meydanında ucalan abidəsini ziyarətlə başlayıb. Abidə önünə gül dəstələri düzülüb, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xatirəsinə dərin ehtiram ifadə edilib.

  • Şirvanda ümummilli lider Heydər Əliyevin xatir...

    Şirvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri davam edir.

    2021-12-11

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 18-ci ildönümünün geniş qeyd edilməsi ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında ulu öndərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir. Tədbir iştirakçıları öncə şəhərin Heydər Əliyev Meydanında ucalan abidəsini ziyarət edir, abidə önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə edirlər. Bu tədbirlərin davamı olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şura üzvlərinin, hüquq mühafizə orqanlarının və ictimai-siyasi qurumların nümayəndələrinin iştirakı ilə 11 dekabr 2021-ci il tarixdə şəhərin Mədəniyyət Mərkəzində Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında Şuşa Dövlət Musiqili Dram Teatrının və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yaradıcı kollektivin ümummilli lider Heydər Əliyevə həsr etdiyi ədəbi-bədii kompozisiyanın təqdimat mərasimi keçirilib. Öncə Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını fəda edən ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi “Böyük ömrün dastanı” poeması əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanı tamaşaçılara təqdim edib. Ədəbi-bədii kompozisiya tədbir iştirakçılarında böyük dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımız qarşısında tarixi xidmətləri barədə zəngin təsəvvür yaradıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi ilə görüşərək kompozisiya barədə təəssüratlarını bölüşüb, yaradıcı kollektivə uğurlar arzu edib.

  • Şirvan şəhərinin sonuncu şəhidi Elçin Əliy...

    Şirvan şəhərinin sonuncu şəhidi Elçin Əliyevin cənnətdəki ilk doğum günü qeyd edilib.

    2021-12-11

    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəis müavini Musa Nağıyev, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Əliyev Elçin Əliqardaş oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

  • Vətən müharibəsinin şəhidi Əliyev Ramil Vü...

    Vətən müharibəsinin şəhidi Əliyev Ramil Vüqarəddin oğlunun cənnətdəki doğum günü Şirvan şəhərində izdihamla qeyd olunub.

    2021-12-09

    9 dekabr 2021-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə yüksələn Şirvan şəhərinin qəhrəman oğlu Əliyev Ramil Vüqarəddin oğlunun doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Əliyev Ramil Vüqarəddin oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

  • Şirvanda “Gender əsaslı zorakılıqla mübari...

    Şirvanda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.

    2021-12-08

    08 dekabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Gənclər və İdman İdarəsinin və “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.

  • Şirvanda su və kanalizasiya sisteminin yenidən ...

    Şirvanda su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihənin təqdimatı keçirilmişdir.

    2021-12-08

    “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir. 8 dekabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində Şəhər İcra Hakimiyyəti aparatının və “Azərsu” ASC-nin məsul əməkdaşlarının iştirakı ilə Proqramda nəzərdə tutulmuş işlərin bir hissəsinin icrası ilə bağlı layihənin təqdimatı keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, Su-kanal sistemləri şöbəsinin müdiri Şöhrət Süleymanov layihə ilə bağlı fikirlərini bildirib, su və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndiribər. Hazırda layihəyə uyğun olaraq şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri aparılır.