Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan hüquqları aylığı” çərçivəsində “İnsan, vətəndaş hüquq və azadlıqları” mövzusunda tədbir keçirildi.

04 iyun 2019 | 16:00

04 iyun 2019-cu il tarixdə saat 10:00-da Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə may ayının 18-dən - iyun ayının 18-dək elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan, vətəndaş hüquq və azadlıqları” mövzusunda tədbir keçirildi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 18 may - 18 iyun tarixlərində İnsan Hüquqları Aylığı elan olunub. Bununla əlaqədar olaraq 04 iyun 2019-cu il tarixdə saat 10:00-da Şirvan şəhər Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Mərəkəzinin birgə təşkilatşılığı ilə "İnsan və vətəndaş hüquq və azadlıqları" adlı hüquqi maarifləndirmə tədbiri təşkil olundu. Tədbirdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Samirə İsmayılova, Şirvan şəhər Prokurorunun böyük köməkçisi Allahşükür Allahverdiyev, Təhsil Şöbəsində Metodiki Kabinetin müdiri Elçin Həsənov, Şirvan Gənclər evinin direktoru Əfqan Həsənov iştirak edərək mövzu ilə bağlı çıxışlar edirlər.

Keçidlər