Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi.

23 avqust 2019 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi.

16 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi. Qəbulda şura üzvləri, hüquq-mühafizə orqanların və xidmət təşkilatların rəhbərləri iştirak etdi.

Səyyari qəbulda şəhər sakinləri icra Hakimiyyəti Başçısına ayrı-ayrılıqda müraciət etdilər:

1. Sadıqov Əli – Tofiq İsmayılov küçəsi 7 saylı çoxmənzilli binanın zirzəmisi su ilə doludur təmizlənməsinə köməklik göstərilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Abdıyev Azər, Şirvan şəhər SuKanal İdarəsinin rəisi Hüseynov Fərhad.

2. Məmmədov Nizami Qəribxan oğlu – Tofiq İsmayılov küçəsi 17 saylı çoxmənzilli binanın zirzəmisi su ilə doludur təmizlənməsinə köməklik göstərilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Abdıyev Azər, Şirvan şəhər SuKanal İdarəsinin rəisi Hüseynov Fərhad.

  3. Abuzərov Dursun Ağabəy oğlu – Tofiq İsmayılov küçəsi 3 saylı çoxmənzilli yaşayış binasının pilləkən qəfəsinə giriş qapılarının qoyulmasına köməklik göstərilməsi barədə müraciəti.
Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşların müraciəti həll olundu.

4. Abbasova Səbinə Malik qızı (T.İsmayılov küçəsi 28) – Övladı Peşə liseyinə qoymaq istəyir, təhsil haqqı (400 AZN) köməklik göstərilməsi barədə müraciəti.
Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşların müraciəti həll olundu.

5. Əzimov Ramin İsa oğlu (T.İsmayılov küçəsi 7) – binanın ətrafında məişət tullantı qutularının qoyulması barədə müraciəti.
Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşların müraciəti həll olundu.

Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov şəhər sakinləri tərəfindən qaldırılan məsələlərin həllini öz nəzarəti altında saxladığını bildirərək aidiyyatı idarə rəhbərlərinə ciddi tapşırıqlar verdi.
Səyyari qəbulda iştirak edən şəhər sakinləri şəhərdə aparılan abadlıq-quruculuq işlərinə və müraciətlərinə diqqət və qayğı ilə yanaşdığına görə şəhər İcra Hakimiyyətinin Başçısına öz dərin təşəkkürlərini bildirdilər.

Keçidlər