Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürmə avtomobillərinin və xilasetmə alət-avadanlıqlarının nümayişi keçirilmişdir.

23 oktyabr 2019 | 16:00

        23.10.2019-cu il tarixdə  Şirvan Dövlət Yanğından Mühafizə Dəstəsinin xidməti ərazisində yanğınsöndürmə avtomobillərinin və xilasetmə alət-avadanlıqlarının nümayişi keçirilmişdir. Maarifləndirici xarakter daşıyan tədbirdə  şəhər İcra Hakimiyyətinin  əməkdaşları, Fövqəladə Hallar Komissiyasının üzvləri, idarə, müəssiəsə və təşkilatların işçiləri, həmçinin ümumi təhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmişdirlər.
             Keçirilən baxış-təlimin gedişatı boyunca yanğınsöndürmə avtomobillərinin və vasitələrinin təyinatı, onların tətbiq olunma qaydaları haqqında məlumatlar verilmiş, ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsi, fövqəladə hallar zamanı insanların təxliyə olunması nümayiş etdirilmişdir.

Keçidlər