Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

04 dekabr 2019 | 16:00

04 dekabr 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində şəhərin 5 nömrəli ümumi orta və 9 nömrəli tam orta məktəbləri şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş anım tədbiri keçirilmişdir. Çıxış edənlər müstəqilliyimizin bugünkü inkişafının əsaslarının yaradılmasına görə məhz Ümummilli Liderimiz Heydər Əliyevə borclu olduğumuzu bildirdilər. Tədbirdə Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərinin mühüm məqamları xatırlanmış və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkür ifadə edilmişdir.

Keçidlər