Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş elmi-nəzəri konfrans keçirildi.

05 dekabr 2019 | 16:00

05 dekabr 2019-cu il tarixində, Heydər Əliyev Mərkəzində, şəhərin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilmişdir. Heydər Əliyev Mərkəzinə ekskursiyaya gələn  şagirdlər foyedə dahi liderin fəaliyyətini əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanış olmuş, ekspozisiya zalında şagirdlərə Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumatlar verilmişdir.
    Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva çıxış edərək Ulu Öndərimizin şərəfli ömür yolundan, vətənimiz və xalqımız qarşısında tarixi xidmətlərindən danışmış, böyük şəxsiyyətin həyatı boyu Azərbaycanımızın naminə gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara ətraflı məlumatlar vermişdir. Dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daimi yaşayacağı, Ulu Öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi qeyd edilmişdir. Sonda məktəblilər Ümummilli Liderə həsr olunmuş şerlərdən ibarət ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

Keçidlər