Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbirlər keçirilmişdir.

05 dekabr 2019 | 16:00

05 dekabr 2019-cu il tarixdə Telemexanika və Araz zavodlarında, Şirvan Peşə Liseyində, 12 nömrəli tam orta məktəbdə, Gənclər və İdman İdarəsində Ulu Öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş anım tədbirləri keçirilmişdir. Keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərinin mühüm məqamları xatırlanmış,  Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilmişdir. Bugünkü inkişafımıza, əldə olunan sabitliyə, əmin-amanlığa görə Ulu Öndərimiz Heydər Əliyevə və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkür ifadə edilmişdir.

Keçidlər