Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar faciəsi: səbəblər, nəticələr, tarixi dərs” adlı tarix dərsi keçirildi.

13 yanvar 2020 | 16:00

13 yanvar 2020-ci il tarixdə, Şirvan şəhər Heydər Əliyev mərkəzində, “20 Yanvar” faciəsinin otuzuncu ildönümü ilə bağlı Mərkəzinin hazırladığı tədbirlər planına əsasən “20 Yanvar faciəsi: səbəblər, nəticələr, tarixi dərs” adlı tarix dərsi təşkil edildi. 20 Yanvar şəhidi Elçin İmanovun adını daşıyan 10 nömrəli tam orta məktəbin VII sinif şagirdlərinin iştirakı ilə keçirilən dərs şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Mərkəzin əməkdaşı Səkinə Qayıbova çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, vətənə, torpağa sədaqət nümunəsi yaradaraq müstəqilliyə əbədi yol açdı. Yanvar faciəsindən 30 il ötür. Ancaq xalqımız həmin günün dəhşətlərini yaddan çıxarmır, azadlıq mücadiləsində canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir.
Mərkəzin direktoru Aynur Fərzəliyeva Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra “20 Yanvar” faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində addımlar atıldığını, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlərin görüldüyünü vurğuladı. Xalqımızın o müdhiş gecəni daim xatırlayacağını və 20 Yanvar faciəsinin respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd ediləcəyini bildirdi.

Keçidlər