Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə anım tədbirləri keçirildi.

15 yanvar 2020 | 16:00

15 yanvar 2020-ci il tarixdə, 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə MKT İstehsalat Kommersiya MMC-nin “Şirvan Yağ-Piy” filialında, Cənub Elektrik Stansiyasında və Azərbaycan Dəmir Yolları QSÇ-nin Yükdaşıma Departamentinin Cənub Bölməsində anım tədbirləri keçirilmişdir.
İlk öncə həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalmış mərd Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütlə yad edilmişdir.
      Keçirilən anım tədbirlərində qeyd edildi ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Öz milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Xalqımızın o qanlı gecənin qurbanlarını daim xatırlayacaq və 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd ediləcəkdir.

Keçidlər