Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərin yaradıcılıq festivalı” müsabiqəsi keçirildi.

23 yanvar 2020 | 16:00

23 yanvar 2020-ci il tarixdə, Şirvan Gənclər Evində 14-29 yaş arası yeniyetmə və gənclər arasında  rəsm, bacarıqlı əllər(toxuculuq, tikiş), ibtidai texniki modelləşmə(texniki yaradıcılıq) nominasiyaları üzrə “Gənclərin yaradıcılıq festivalı” müsabiqəsi keçirildi.
     Festivalda 3 nominasiya üzrə ümumilikdə  30 nəfər yeniyetmə və  gənc iştirak etmiş, müsabiqədə 60 əsər təqdim olunmuşdur.  Münsiflər Heyətinin qərarı ilə 3 nominasiya üzrə ayrı-ayrılıqda I, II, III yerlər müəyyənləşdirilmiş,  qaliblərə Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur.
   Layihənin məqsədi gənclərin yaradıcılığına yeni baxış ortaya qoymaq, istedadlı gənclərin xüsusi bacarıqlarını inkişaf etdirmək, milli, mədəni və mənəvi dəyərlərimizi təbliğ etmək və gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaqdır.                          

Keçidlər