Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Heydər Əliyev Mərkəzində general-mayor Həzi Aslanovun xatirəsi yad edilib.

23 yanvar 2020 | 16:00

23.01.2020-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev adına Mərkəzdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illik yubileyi münasibəti ilə anım tədbiri keçirildi.
  Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamış, Böyük Vətən müharibəsində və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
     Mərkəzin direktoru Aynur Fərzəliyeva çəxəş edərək Həzi Aslanovun qəhrəmanlığından danışaraq faşizm üzərində tarixi qələbənin qazanılmasında göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, vətən torpaqlarının azadlığı uğrunda son damla qanını belə əsirgəməyərək düşmənlə mübarizə aparan bu qəhrəman həmvətənimizin xalqımız tərəfindən hər zaman qürur və hörmət hissi ilə yad ediləcəyini, onun adının və şərəfli döyüş yolunun gələcək nəsillər üçün hər zaman əsl vətənpərvərlik nümunəsi olacağını vurğulayıb.
   Sonra tarix müəllimləri Tamam Ağamalıyeva, Əmiraslan Qurbanov, Fəridə Yahyayeva qəhrəmanın uşaqlıq, gənclik illəri və keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumatlar vermişlər.
    Tədbirdə məktəblilərin iştrakı ilə hazırlanmış kompozisiyada qəhrəmana həsr edilmiş şeirlər səsləndirilmiş, Həzi Aslanovun döyüş yolundan bəhs edən sənədli film də nümayiş olunmuşdur.                                                            

Keçidlər