Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədova Firuzə Əbdüləli qızı şəhər Icra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildi.

27 yanvar 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Məmmədova Firuzə Əbdüləli qızı 1989-cu ildən Şirvan şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışdır.
         Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Firuzə Məmmədova 30 ildən artıq dövlət qulluğunda çalışmaqla bərabər, şəhərin ictimai həyatında da fəal iştirakı ilə fəqlənmiş, insanlarla rəftarı, yüksək və mənəvi keyfiyyətləri ilə dərin hörmət qazanmış, öz fəaliyyətində dövlət maraqlarını daima uca tutmuşdur. Firuzə Məmmədova çalışdığı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində ölkə prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarının icra olunmasında öz üzərinə düşən məsul vəzifələri vicdanla yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2010-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
       Firuzə Məmmədova çıxış edərək dövlət qulluğunda çalışmağın böyük şərəf və məsuliyyət olduğunu qeyd etmiş, göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.
      Sonda, İlqar Abbasov Firuzə Məmmədovanı Şirvan şəhərinin  ictimai həyatında fəal iştirakına və dövlət qulluğunda uzun müddətli səmərəli fəaliyyətinə görə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif etmiş, ona möhkəm can sağlığı, dövlət qulluğunda yeni-yeni uğurlar diləmişdir.

Keçidlər