Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində ümumşəhər iməcliyi keçirildi.

15 fevral 2020 | 16:00

15 fevral 2020-ci il tarixdə, təhsil və səhiyyə ocaqlarında, digər idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin, şəhərin Mənzil Təsərrüfatı İdarəsi və Kommunal Kombinatı müəssisələrinin əməkdaşlarının və fəal gənclərin iştirakı ilə şəhərin Naxçıvan küçəsində ənənəvi ümumşəhər iməcliyi keçirilmişdir.
   Yaşıllıqların nəzarətdə saxlanılması məqsədi ilə keçirilən kütləvi təmizlik aksiyasında yol kənarlarına əkilən müxtəlif növ ağacların qurumuş budaqları budanmış, bəzi yerlərdə qurumuş ağaclar yeniləri ilə əvəzlənmiş, əraziyə cəlb olunmuş xüsusi texnika vasitəsi ilə suvarılma işi aparılmışdır. Ərazilər alaq otlarından təmizlənlənərək səhmana salınmış, daş və digər tullantı parçaları toplanmış, torpaq sahələrinin şumlanması işləri aparılmışdır.
   Yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının qorunması, ekoloji mühitinin sağlamlaşdırılması, eyni zamanda şəhər əhalisi arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi baxımından böyük əhəmiyyəti olan ümumşəhər iməcliyində Şirvanlılar böyük ruh yüksəkliyi ilə iştirak etmişdirlər.

 

Keçidlər