Şriftin ölçüsü :

Saytın rəngi :

2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında yunan-roma güləşi üzrə şəhər birinciliyi keçirildi.

17 fevral 2020 | 16:00

15-16 fevral 2020-ci il tarixlərində Şirvan Olimpiya İdman Kompleksində 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında yunan-roma güləşi üzrə şəhər birinciliyi keçirilmişdir.
    Tədbirin açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev,  veteran idmançılar, Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimləri” Vaqif Cəfərov, İsmayıl Həşimov,  yunan-roma güləşi üzrə “Əməkdar məşqçi” İbrahim Əhmədov və Vaqif Zeynalov yarışın keçirilmə qaydaları haqqında iştirakçılara geniş məlumat vermiş, yarışda iştirak edən idmançılara uğurlar arzulamışlar. Qeyd olunub ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları yunan-roma güləş idman növünə cəlb etməklə bu idman növünün inkişafına və kütləviliyinə nail olmaq və qarşıdakı yarışlara daha yaxşı hazırlaşmaqdır.
   Şəhər birinciliyində 2006-2008-ci il təvəllüdlü 94 nəfər yeniyetmə idmançı qələbə uğrunda mübarizə aparmışdır. Qaliblər şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşdurlar.          

Keçidlər