Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı faciəsi rəsmlərdə”adlı rəsm müabiqəsi keçirildi.

19 fevral 2020 | 16:00

19 fevral 2020-ci il tarixdə Şirvan Dövlət Rəsm Qalereyasında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında “Xocalı faciəsi rəsmlərdə”adlı müsabiqənin  yekun mərhələsi keçirildi.
    Müsabiqədə 25 nəfər şagirdin  30-dan çox  rəsm əsərləri nümayiş etdirilmişdir.  Tədbirdə şagirdlərə Batal janrında  olan əsərlərin işlənmə texnikası və üslub xüsusiyyətləri adlı və  bu janrda olan əsərlərin çəkilməsi  master-klass dərsi  keçilmişdir. 30-a yaxın istedadlı şagirdin iştirak etdiyi dərsdə mühribə və döyüş səhnələrinin çəkilməsi haqqında vacib məlumatlar əyani vəsaitlərlə şagirdlərin diqqətinə çatdırılmışdır.    
    Mərkəzi kitabxananın rəssamı Nəzakət Allahverdiyeva və 20 saylı məktəbin rəsm müəllimi Mənsumə  Şükürovadan ibarət olan münsiflər heyəti əsərlərə baxış keçirərək  qalibləri müəyyənləşdirmişdir. Müvafiq olaraq I, II və III yerlər və həvəsləndirici fəxri fərmanlar sahiblərinə təqdim olunmuşdur.
    Seçilmiş işlər ümumşəhər sərgisində numayiş olunması üçün qalereyanın müvəqqəti fonduna təhfil verilmişdir.

Keçidlər