Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin qurbanları “Şirvan OİL” Əməliyyat Şirkətində anıldı.

21 fevral 2020 | 16:00

21 fevral 2020-ci il tarixdə  “Şirvan OİL” Əməliyyat Şirkətində Xocalı Soyqırımın 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
    Tədbir iştirakçıları ilk öncə Əməliyyat Şirkətinin şəhid olmuş əməkdaşlarının abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoyaraq şəhidlərin ruhuna dualar oxumuşdurlar.
    Anım tədbirində Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər hər il faciənin ildönümünün istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunduğunu, soyqırım qurbanlarının xatirəsinin yad edildiyini, dünya ictimaiyyətinə ermənilərin əsl yırtıcı simasının göstərildiyini, Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünyanın diqqətini bu faciənin ədalətli qiymətləndirilməsinə yönəldildiyini qeyd etmişlər.
    Anım tədbirində Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olunmuşdur.                                   

Keçidlər