Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin qurbanları şəhərin 2 və 13 nömrəli tam orta məktəblərində anıldı.

25 fevral 2020 | 16:00

Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı respublikamızda keçirilən silsilə anım tədbirləri Şirvan şəhərində də davam etdirilib. Şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, geniş tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq şəhərin bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında anım tədbirləri keçirilmişdir. 
    25.02.2020-ci il tarixdə şəhərin 2 və 13 nömrəli tam orta məktəblərində Xocalı faciəsinin 28-ci ildönümü münasibəti ilə anım tədbirləri keçirildi. Keçirilən tədbirlərdə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumatlar verilmiş, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırılmışdır.
    Anım tədbirlərində “26 fevral Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

 

 

 

 

Keçidlər