Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri ərazisində dezinfeksiya tədbirləri davam etdirilir.

25 mart 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Şirvan şəhəri ərazisində təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.
   İnfeksiyanın şəhər ərazisində yayılmasının qarşının alınması məqsədi ilə şəhərin “Təzə şəhər” adlanan hissəsində 160  çoxmənzilli yaşayış binasında dezinfeksiya işləri aparılmış, küçə və prospektlər xüsusi dezinfeksiyaedici maddə ilə yuyulmuşdur. Hal-hazırda “Köhnə şəhər” ərazisində çoxmənzilli yaşayış binalarının dezinfeksiya olunması üçün genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir
   Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə,  özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər