Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda xeyriyyə məqsədi ilə ahıl və yaşlı insanlara kömək olundu.

06 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı sosial aksiyanın icrasına da başlanılıb.
   Belə ki, xəstəliyə qarşı mübarizə işlərinə dəstək çərçivəsində ahıl və tənhalara yaşadıqları ünvanlarda lazımi sosial xidmətlərin göstərilməsi ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə başlanılan aksiyaya Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzi, Şirvan Mədəniyyət Mərkəzi, Şirvan şəhərində yaşayan sahibkar Mehrac Nərimanov və Bayramlı qəsəbəsində ərzaq məhsullarının satışı ilə məşğul olan sahibkar da qoşulub. 05-06 aprel 2020-ci il tarixlərində şəhər ərazisində və qəsəbələrdə yaşayan ahıl və tənhalar yaşadıqları ünvanlarda xeyriyyəçilər tərəfindən ziyarət edilib, onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları alınaraq verilib, Hacıqəhrəmanlı qəsəbəsindən olan sahibkar isə bir gün ərzində qəsəbədə yaşayan sakinlərə pulsuz çörək paylayıb.
   Görüşlərdə ahıl və yaşlı sakinlərə infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ərtaflı məlumatlar verilib, onlardan xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyyə edilib və ehtiyac yaranacağı halda müraciət etmələri üçün İcra Hakimiyyəti tərəfindən elan olunmuş qaynar xətlər onlara bildirilib.
Şəhər İcra Hkimiyyətinin rəhbərliyi təşəbbüskarlara öz minnətdarlığını bildirib.
   Xüsusi karantin rejimi müddətində tibbi və sosial xidmətə ehtiyacı olan ailələrə lazımi köməkliklərin göstərilməsi işləri davam etdiriləcəkdir.

Keçidlər