Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər ərazisində yaşayan ahıl, tənha şəxslərə və aztəminatlı ailələrə yardım göstərilib.

12 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı aztəminatlı ailələrə köməklik göstərilməsi də davam etdirilir.
    Belə ki, yolxucu infeksiyaya qarşı mübarizə işlərinə dəstək çərçivəsində ahıl və tənhalara, həmçinin aztəminatlı ailələrə yaşadıqları ünvanlarda lazımi sosial xidmətlərin, diqqət və qayğının göstərilməsi ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə başlanılan aksiyaya Şirvan şəhər Bələdiyyəsi, Şirvan Müalicə Diaqnostika Mərkəzi, Şirvan şəhər Təhsil Şöbəsi E.İmanov adına şəhər 10 nömrəli tam orta məktəb və Şirvan Mədəniyyət Mərkəzi də qoşulub, ahıl, tənhalar və aztəminatlı ailələr yaşadıqları ünvanlarda xeyriyyəçilər tərəfindən ziyarət edilib, onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları alınaraq verilib.
    Bundan əlavə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən şəhər ərazisində yaşayan 187 ahıl və tənha şəxslərə ərzaq yardımı göstərilib.
   Şəhər İcra Hakimiyyətinin rəhbərliyi Azərbaycan Respublikasının Baş Prokurorluğuna və təşəbbüsə qoşulanlara öz minnətdarlığını bildirib. Xüsusi karantin rejimi müddətində diqqət və qayğıya ehtiyacı olan ailələrə lazımi köməkliklərin göstərilməsi işləri davam etdiriləcəkdir.                                                 

Keçidlər