Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə köməklik olundu.

13 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrdə öz çıxışlarında bildirib ki, ölkəmizdə həyata keçirilən bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusi ilə sosial cəhətdən az müdafiə olunan vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün lazımi imkanlardan istifadə olunur.
    Koronavirus infeksiyasının geniş yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə köməklik göstərilməsi davam etdirilir.
    Belə ki, yolxucu infeksiyaya qarşı mübarizə işlərinə dəstək çərçivəsində şəhərin müxtəlif ünvanlarında yaşayan ahıl, tənha, sağlamlıq imkanları məhdud aztəminatlı ailələr Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən ziyarət edilib, onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib.
    Eyni zamanda, şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşularaq şəhərin 9, 11, 14 və 21 saylı tam orta məktəbləri də sosial müdafiəyə ehtiyacı olan ailələri ziyarət edib və onlara ərzaq yardımı veriblər.
    Şəhər sakinlərinə infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ərtaflı məlumatlar verilib, onlara özlərinin və ailə üzvlərinin sağlamlıqları naminə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri və milli həmrəylik nümayiş etdirərək evdə qalmalarını tövsiyə edilib. Həmçinin ehtiyac yaranacağı halda müraciət etmələri üçün şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş qaynar xətlər sakinlərə bildirilib.
    Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və onlara göstərilən köməkliyə görə öz minnətdarlıqlarını bildiriblər.
    Xüsusi karantin rejimi müddətində diqqət və qayğıya ehtiyacı olan ailələrə lazımi köməkliklərin göstərilməsi davam etdiriləcəkdir.

Keçidlər