Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində video-müşavirə keçirilib.

03 may 2020 | 16:00

  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın xüsusi karantin rejminin uzadılması və tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərarından irəli gələn vəzifələrlə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətində video-konfrans şəklində müşavirə keçirilib. Müşavirəyə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər Bələdiyyəsinin sədri, xidmət təşkilatlarının rəhbərləri və icra nümayəndələri qatılıb.
    Video-müşavirədə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Nazirlər Kabineti yanında Operativ Qərərgahın 1 may 2020-ci il tarixdə keçirilən iclasının qəbul etdiyi qərar barədə geniş məlumat verib. Operativ Qərərgahın yeni növ koronavirus(COVİD-19) infeksiyası ilə bağlı respublikadakı mövcud sanitar-epidemioloji vəziyyəti, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini təhlil edərək xüsusi karantin rejiminin 31 may 2020-i il saat 00:00-dək uzadıldığını, virusa yoluxma və xəstələrin sağalma dinamikasını nəzərə alıb tətbiq edilən məhdudiyyətin yumşaldılmasına dair müvafiq qərar qəbul etdiyini bildirib.
   Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov video-müşavirə iştirakçılarını xüsusi karantin rejimində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasından arxayınlaşmamağa çağırıb. Xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Şirvan şəhəri üzrə Operativ Qərərgahın yaradıldığını, şəhər ərazisində profilaktik tədbirlərin gücləndirilmiş iş rejimində davam etdirildiyini qeyd edib.
   Video-müşavirədə iştirak edənlər çıxış edərək öz fəaliyyət sahələri üzrə yeni növ koronavirus(COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində gördükləri işlər və həyata keçirilən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat veriblər.
   Sonda Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Operativ Qərərgahın qərarına müvafiq olaraq Şirvan şəhəri ərazisində  xüsusi karantin rejiminin tələblərinə və sanitariya-gigiyena qaydalarına bundan sonra da ciddi riayət edilməsinə nəzarət işlərinin və profilaktik tədbirlərin davam etdirilməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

 

Keçidlər