Şriftin ölçüsü :

Saytın rəngi :

Onlayn şəkildə bədii qiraət(şeir) müsabiqəsi keçirildi.

09 may 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyyəti, şəhər Təhsil Şöbəsi, Heydər Əliyev Mərkəzi və Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 23 aprel-07 may 2020-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə ümumitəhsil məktəblərində təhsil alan şagirdlər arasında onlayn bədii qiraət(şeir) müsabiqəsi keçirildi.
    Şagirdlərin müsabiqədə şeir söylədikləri videoları təşkilatçılar tərəfindən əvvəlcədən elan olunmuş email ünvanına və facebook səhifəsinin mesaj bölməsinə göndərməklə iştirak ediblər. Təşkilatçılar tərəfindən bədii qiraət müsabiqəsini keçirməkdə məqsəd ulu öndər Heydər Əliyevin zəngin tarixi irsinin və azərbaycançılıq məfkurəsinin böyüməkdə olan gənc nəsil arasında geniş təbliği,  şagirdlərin Ümummilli lider haqqında daha geniş biliklərə sahib olmalarına köməklik və karantin rejimi müddətində uşaqların asudə vaxtının səmərəli təşkilidir.
    Müsabiqənin qalibləri münsiflər heyətinin seçimi əsasında müəyyən olunmuş və yekun qərarla 1 nömrəli tam orta məktəbin şagirdi Cavad Mahmudov I yerə, 9 nömrəli tam orta məktəbin şagirdi Mehriban Əhmədova və 16 nömrəli tam orta məktəbin şagirdi Ayşən Muradova müvafiq olaraq II, III yerə, 4 nömrəli tam orta məktəbin şagirdi Fidan Vəlibəyova isə həvəsləndirici yerə layiq görülüblər.
    Müsabiqənin qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.                                 

Keçidlər