Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Aprel şəhidi Rahil Ərəblinin xatirə günüdür.

13 may 2020 | 16:00

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi dövlətimiz tərəfindəndən daim əziz tutulur, onların ailələrinə lazımı diqqət və qayğı göstərilir. Belə şəhidlərimizdən biri də Rahil Rafiq oğlu Ərəblidir.
Rahil Rafiq oğlu Ərəbli 14.04.1996-cı ildə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində anadan olmuşdu. O, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 nömrəli tam orta məktəbdə oxumuş, əsil vətənpərvər gənc kimi yetişmişdi.
Bunu, onun keçdiyi sonrakı həyat yolu bir daha təsdiqlədi. Rahil Ərəbli 12 may 2016-cı il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirərkən düşmənlə təmas xəttində aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid Rahil Ərəbli 2016-cə ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir.
    Şirvan şəhər İcra Hakimiyyəti və şirvanlılar tərəfindən şəhid Rahil Ərəblinin xatirəsi daim əziz tutulur, ailəsinə vaxtaşırı maddi və mənəvi dəstək göstərilir.
    Şəhidin doğulub boya-başa çatdığı Hacıqəhrəmanlı qəsəbəsində, əvvəllər yaşadığı evin yanında “Şəhid Rahil Ərəbli” guşəsinin inşa edilməsi və xatirəsinin daim əziz tutulması bunu bir daha təsdiq edir.
   Bu gün də xüsusi karantin rejiminin qaydaları gözlənilməklə Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyət nümayəndələri öncə Şəhid Rahil Ərəblinin Şəhidlər xiyabanında uyuyan məzarını ziyarət etmiş, əziz xatirəsini gül-çiçək dəstələri ilə yad edərək ruhuna dualar etmiş, sonra Şəhidin valideynləri ilə görüşərək dərin hüzünlə başsağlığı vermişlər.
   Şirvan şəhər İcra Hakimiyyətinin rəhbərliyi də Şəhid Rahil Ərəblinin  əziz xatirəsini bir daha yad edir, ruhuna Allahdan rəhmət, valideynlərinə və yaxınlarına səbr diləyir.
   Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər