Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində içməli su təhcizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir.

13 may 2020 | 16:00

2020-ci ilin keçən dövrü ərzində Şrvan şəhərinin içməli su təhcizatının və kanalizasiya şəbəkələrinin mərhələli şəkildə yenidən qurulması istiqamətində lazımi tədbirlər həyata keçirilib.
    “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhərin Naxçıvan küçəsində mərkəzi su xəttinin çəkilişi, l-nt İbrahimov və T.İsmayılov küçələrində isə mərkəzi kanalizasiya xətlərinin yenisi ilə əvəz olunması layihələrinin icrası davam etdirilir.
    Şirvan Sukanal İdarəsi tərəfindən şəhərin “Çılpaqlı”, “Kür körpü” yaşayış sahələrində, G.Şıxbalaoğlu, T.Ələkbərov, T.Bağırov, Ş.Qurbanov, Xəqani və Naxçıvan küçələrində su və kanalizasiya xətlərində baş vermiş qəzaların aradan qaldırılması və yeni su xətlərinin çəkilməsi istiqamətində işlər davam etdirilib, su sayğacları quraşdırılıb. Hacıqəhrəmanlı qəsəbəsində şəhid Rahil Ərəblinin ailəsinin yaşadığı ünvana 76 mm diametrlik 221 p/metr polad boru vasitəsi ilə su xətti çəkilmişdir.
    Eyni zamanda şəhər ərazisində çoxmənzilli yaşayış binalarının zirzəmilərinin çirkab sulardan təmizlənməsi və kanalizasiya şəbəkəsinin yenilənməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, şəhər üzrə zirzəmilərində təmir-bərpa işlərinin aparılması nəzərdə tutulan 75 çoxmənzilli binanın 34-də işlər artıq başa çatdırılmışdır.
    Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkında aparılan əsaslı  yenidəqruma işləri ilə əlaqədar 11 fərdi yaşayış evinin kanalizasiya çıxışını bərpa etmək məqsədi ilə 250 diametrlik 185 p/metr koreqa borudan ibarət yeni kanalizasiya xətti çəkilmişdir.
  Şəhər İcra Hakimiyyəti tərəfindən Şirvan şəhərinin su təhcizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması iqtiqamətində müvafiq tədbirlərin görülməsi davam etdiriləcəkdir.                                                                

Keçidlər