Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində aztəminatlı ailələrə köməklik olundu.

23 may 2020 | 16:00

Ölkəmizdə elan olunmuş karantin rejimi müddətində koronavirus pandemiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək çərçivəsində Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən sosial müdafiəyə ehtiyacı olan ailələrə köməklik göstərilməsi ilə bağlı tədbirlər 23 may 2020-ci il tarixində də davam etdirilib. Belə ki,  Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşlarının və könüllü gənclərin iştirakı ilə şəhərin müxtəlif ünvanlarında yaşayan ahıl, tənha, sağlamlıq imkanları məhdud aztəminatlı ailələr ziyarət edilib, onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib.
    Şəhər sakinlərinə özlərinin və ailə üzvlərinin sağlamlıqları naminə sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyyə edilib, yoluxucu infeksiyadan qorunmaq məqsədi ilə karantin rejimi dövründə ictimai nəqliyyatda, ictimai-iaşə obyektlərində və qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə davranış qaydaları ilə bağlı lazımi məlumatlar verilib.
    Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və onlara göstərilən köməkliyə görə öz minnətdarlıqlarını bildiriblər.                                                                                   

Keçidlər