Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövrundə Azərbaycanın dövlət siyasəti: uğurlar və perspektivlər

09 avqust 2020 | 16:00

Məlumdur ki, Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində apardığı ardıcıl əməli tədbirlər dəfələrlə müvafiq beynəlxalq qurumların və Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında səmərəli nəticələri ilə gündəmə gəlmişdir. Bəşəriyyətin bütün sahələrinə agır zərbələr vurmuş pandemiya təhlükəsinin qarşısının alınmasında Azərbaycan cox nadir ölkələrdən oldu ki, insan sağlamlığı amilinin mühüm faktor olduğunu ən önəmli dövlət siyasəti olaraq qarşıya qoydu. Dövlətlərin hərəsi​ müxtəlif mübarizə üsullarından istifadə yolu seçsələr də son ayların əsaslı qənaətləri sübut etdi ki, pandemiya ilə mübarizədə dünyada Azərbaycan yolu mahiyyət etibarı ilə səmərəli nailiyyətlərin əldə olunması ücün xüsusi önəm daşımaqdadır.​ Ona görə də Azərbaycan dövlətinin​ əldə etdiyi təcrübə, onun təhlili və nəticələr cıxarılması birmənalı olaraq bəşəriyyət ücün cox əhəmiyyətli konsepsiyadır.​ Daha bir xususi önəm daşıyan​ fakt odur ki, Azərbaycan dövlətinin bu istiqamətdə hər bir qərarı xalqın iradəsi ilə xalq-dövlət həmrəyliyinin mütəşəkkil birliyi ilə bir arada həyata kecirildi. Odur ki, Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlərin milli mənafeyə xidmıt etməsini əhatə edən muraciətləri, cıxışları, onlardan irəli gələn vəzifələrin operativ həlli istiqamətindəki prinsipal addımları həm də sübut etdi ki, dövlətimiz qarşılaşdığı hər hansı təhlükədə strateji hədəflərin düzgün idarə olunmasına qadir olan siyasi-ideoloji gücə malikdir. Bütün bunların hazırkı mərhələdə geniş şərhini verən Prezident İlham Əliyev 2020-ci il 6 avqustda ​ ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı kecirdiyi müşavirədə öz tarixi nitqi ilə əldə olunmuş nailiyyətlərin əsaslarını şərh etdi və qarşıda duran vəzifələrin konkret hədəflərin istiqamətlərini müyyənləşdirdi. Pandemiyaya qarşı mübarizənin müsbət nəticələrini şərh edən Prezident İlham Əliyev demişdir:
​ ​ ​ ​ “Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır”
   Vəziyyət hər an nəzarət altında saxlanılması, lazımi qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində az itkilərlə cıxmaq məhz cox gərgin mübarizənin nəticəsində mümkün olmuşdur. Burada həkimlərimizin çox böyük əməyinin və fədakarlığının olmasını Cənab Prezident xüsusi olaraq vurğulamışdır. Dövlət tərəfindən qısa zamanda xəstələrin sayı artarkən qısa zamanda​ yeni müasir​xəstəxanaların -bu günə qədər modul tipli 9 xəstəxana istismara verilməsini cox mühüm addım kimi qiymtləndirmişdir. Bunların fonunda Cənab Prezident​ xüsusi vurğulamışdır ki,”İqtisadi və sosial məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi”
  ​ Pandemiya dövründə sosial dəstək layihələrinin uğurla icra edilməsini isə Cənab Prezident​ belə qiymətləndirmişdir.
  “Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq”
  Bu yaxınlarda Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı qeyd etdi ki, “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”;
  Bu gün hər bir Azərbaycan vətəndaşına məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə​ tədbirlər geniş vüsət alır.​ Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması da​ dayanıqlı sosial siyasətin təzahürüdür. Bunların fonunda Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təminin edilməsi, ​ ünvanlı dövlət sosial yardımının, sosial xidmətlərin,ərzaq payları, ​ məşğulluq və sosial rifaha dəstək tədbirlərinin, özəl sektor üzrə məşğulluğun tənzimlənməsi kimi tədbirlərin ardıcıl həyata kecirilməsi cox muhum nailiyyətlər sirasında xarakterizə edilməlidir.
Cənab Prezident​imiz nitqində muqayisələr apararaq bildirmişdir ki, “ Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır”.​ Bütün bunlar dövlətimizin balanslaşdırılmış​ iqtisadi​ gücünün təzahürüdür.
  ​ İnsan sağlamlığının mühüm amil kimi qarşıda durmasına münasibətdə Cənab Prezdentin fikirləri bir daha subut edir ki, pandemiya ilə mübarizədə düşünülmüş, gələcəyə planlaşdırılmış dövlət siyasəti davamlı olacaq və gedişata uygun olaraq vəziyyətin təhlili aparılacaqdır. Bu baxımdan Cənab Prezident demişdir: “Koronavirusla bağlı mübarizədəaddımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək”
​ ​ ​ ​ Nəhayət bu mühüm tarixi nitq hər bir vətəndaşımızdan məsuliyyətli olmağa​ xalq dövlət həmrəyliyi ilə bütün maneələrə qalib gəlməyə və xalqın sağlamləğının önə cəkiləməsinə calışmaslarına olan xüsusi əhəmiyyətli tövsiyyədir. Bunları şərh edərkən Cənab Prezident demişdir: “Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər”.


Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva

Keçidlər