Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus əleyhinə profilaktik tədbirlərə nəzarət daha da gücləndirilir.

11 avqust 2020 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Nazir cənab Əli Əsədovun sədrliyi ilə keçirilən videokonfransda koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində verilən tapşırıqların yerinə yetirilməsi, koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Polis şöbəsinin rəisi Hikmət Quliyev, 5 saylı Ərazi Vergilər idarəsinin rəisi Fuad Mahmudov, Qida Təhlükəsizliyi Agentliyinin Salyan regeonal bölməsinin rəisi Vüqar Əliyev və digər aidiyyətı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə şəhər ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərinə reydlər keçirilmişdir.
   Reyd zamanı ticarət və ictimai iaşə obyektlərinin sahibləri, xidmətdən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparılmış, obyektlərin giriş hissəsində dezinfeksiyaedici maddələrlə obyektə daxil olan insanların əllərinin dezinfeksiya olunması, maskasız daxil olan insanlara maskaların verilməsinin təşkil edilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətdən istifadə edənlərin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən istifadə etmələri, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinin texniki vasitələrlə mütamadi səsləndirilib, alıcıların nəzərinə çatdırılması barədə tövsiyələr verilmiş,qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə qanunvericiliyin tələbləri izah olunmuş,icrası məcburi göstərişlər verilmişdir.
   Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara əməl etməyənlər barədə inzibati tədbirlərin davam etdiriləcəyi obyekt sahiblərinin nəzərinə çatdırılmış, qaydalara əməl etməyənlər barədə qanunvericiliyə uyğun daha sərt tədbirlərin görüləcəyi bildirilmişdir.
   Şirvan şəhər ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tövsiyə, qərar və tapşırıqların yerinə yetirilməsi istiqamətində nəzarət tədbirləri bundan sonra da ardıcıl davam etdiriləcəkdir.

Keçidlər