Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

20 yanvar 2021 | 16:00

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər. 
   Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Keçidlər