Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti şəhid Süleyman Bağırovun yeni doğulan körpəsini ziyarət edib.

11 fevral 2021 | 16:00

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş leytenant Bağırov Süleyman Loğman oğlunun bir neçə gün əvvəl qız övladı dünyaya gəlib. Atasının arzusu ilə körpəyə Nilufər adı verilib.
   Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhidin ailə üzvlərini və yeni doğulmuş övladını ziyarət edib, şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun salamlarını və təbriklərini çatdırıblar. Şəhid Süleyman Bağırovun vətənimizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi rəşadətdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildiriblər. Qeyd edilib ki, ölkəmizdə şəhid ailələrinin və qazilərin problemləri dövlət başçısı cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərin xatirəsi daim yaddaşlarda qalacaq.
   Şəhidin ailə üzvləri şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, şəhid ailələrinin ölkə başçısının ətrafında həmişə sıx birləşəcəklərinin bildiriblər.
   Sonra İcra Hakimiyyəti tərəfindən şəhidin həyat yoldaşı Mehriban Bağırovaya kondisioner və paltaryuyan maşın hədiyyə edilib. Balaca Nilufərin də atası kimi Vətənə layiqli övlad olacağı arzu edilib.
   Qeyd edək ki, Süleyman Loğman oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Mətbuat xidməti

Keçidlər