Şriftin ölçüsü :

Saytın rəngi :

COVİD-19 əleyhinə profilaktik tədbirlər davam edir.

16 fevral 2021 | 16:00

Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar xüsusi karantin rejiminin tətbiqi ilə bağlı şəhər ərazisində sakinlərin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatda, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda maarifləndirmə və  profilaktiki tədbirlərin görülməsi  məqsədilə mütəmadi olaraq reydlər həyata keçirir.
   Növbəti reyd zamanı gün ərzində ümumilikdə 240 olmaqla, 153 ticarət, 32 ictimai iaşə, 28 gözəllik salonu və bərbərxana, 26 digər xidmət obyektlərinə nəzarət edilib. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 463 vətəndaşa xəbərdarlıq olunub.
   Reydlər zamanı ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyə və tapşırıqlarına və sanitar-epidemioloji tələblərə əməl etmələri, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilib.
   Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyənlər barəsində inzibati qaydada tədbirlərin görüləcəyi ticarət obyektləri sahiblərinin nəzərinə çatdırılıb.
   Qeyd edək ki, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.       

   Mətbuat xidməti

Keçidlər