Home Contact Phone
background
  • Ünvan: Şirvan şəhəri, Istiqlaliyyət prospekti 10
  • Faks: (+994 021) 215-57-77
  • E-mail: mail@shirvan-ih.gov.az

Xəbərlər

  • İşğaldan azad edilmiş ərazilərimizdə bərpa...

    İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələr bir daha Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.

    2021-02-18

    Bu gün Azərbaycan Respublikasının Prezidenti azad nəfəsalan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı öz Prezidentinə inanır və güvənir. İnsanlar inanırlar ki, tez bir zamanda müharibədə olduğu kimi, ərazinin bərpa edilməsində də böyük uğurlar qazanılacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır.

  • Vətən müharibəsi Şəhidi Cavid Məmmədlinin ...

    Vətən müharibəsi Şəhidi Cavid Məmmədlinin xatirəsi anıldı.

    2021-02-18

    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Vətən müharibəsi şəhidi Cavid Məmmədlinin ailəsi ziyarət edildi.

  • Vətən müharibəsindəki qələbimizin 100 günl...

    Vətən müharibəsindəki qələbimizin 100 günlüyü ərəfəsində tarixi səfər.

    2021-02-17

    Vətən müharibəsindəki qələbimizin 100 günlüyü ərəfəsində Laçın, Cəbrayıl və Zəngilana səfəri zamanı cənab Prezident bir daha qeyd etmişdir ki, torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək, azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

  • Yaşı 50 və daha yuxarı olan şəxslərin COVID...

    Yaşı 50 və daha yuxarı olan şəxslərin COVID-19-a qarşı vaksinasiyasına başlanılıb.

    2021-02-17

    Bu gündən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiyasına başlanılıb. Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

  • Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı...

    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vaksinasiya prosesi ilə tanış olub.

    2021-02-17

    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Mərkəzi Xəstəxanada vaksinasiya ilə bağlı yaradılmış şəraitlə və vaksinasiya prosesi ilə tanış olub. “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru İlham Mustafayev əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görüldüyü barədə İcra Hakimiyyətinin başçısına məlumat verib.

  • Şirvan şəhərinin Vətən müharibəsində ilk ...

    Şirvan şəhərinin Vətən müharibəsində ilk şəhidi Asif Səxavət oğlu Qəribov

    2021-02-16

    Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid Vətən oğlu 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn edilib. Beləcə uğrunda canından keçdiyi Vətən torpağına qovuşub.

  • COVİD-19 əleyhinə profilaktik tədbirlər davam...

    COVİD-19 əleyhinə profilaktik tədbirlər davam edir.

    2021-02-16

    Növbəti reyd zamanı gün ərzində ümumilikdə 240 olmaqla, 153 ticarət, 32 ictimai iaşə, 28 gözəllik salonu və bərbərxana, 26 digər xidmət obyektlərinə nəzarət edilib. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 463 vətəndaşa xəbərdarlıq olunub.

  • Vətən müharibəsində torpaqlarımızın bütö...

    Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Şirvanlı şəhid Cavid Natiq oğlu Məmmədli

    2021-02-15

    Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Cavid Məmmədli ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

  • Cənab Prezident İlham Əliyev və birinci xanım...

    Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

    2021-02-15

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla xanım Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

  • Bu gündən ölkəmizdə bağçaların fəaliyyət...

    Bu gündən ölkəmizdə bağçaların fəaliyyəti bərpa olunur.

    2021-02-15

    Bu gündən Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində təlimin əyani forması bərpa olunur. 15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində həftə içi hər gün əyani təlim aparılacaq.

  • Bu  gündən səhiyyə işçilərinin ikinci doza ...

    Bu gündən səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına başlanılır.

    2021-02-15

    İlk peyvənd vurulmasından 28 gün sonra ikinci doza vaksin tətbiq olunur. Bu gündən səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına başlanılır. Qeyd edək ki, ölkəmizdə Çinin SinoVac şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndindən istifadə olunur.

  • Şirvan şəhərində vaksinasiya prosesi davam ed...

    Şirvan şəhərində vaksinasiya prosesi davam edir.

    2021-02-13

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam edir.

  • İcra Hakimiyyətinin başçısı İstiqlaliyyət ...

    İcra Hakimiyyətinin başçısı İstiqlaliyyət prospektində görülən işlərlə tanış olub.

    2021-02-12

    Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 11 fevral 2021-ci il tarixində şəhərdə aparılan işlərlə yerində tanış olmaq məqsədilə ərazilərə baxış keçirib.

  • Cənab Prezident İlham Əliyev: Cənub Qaz Dəhli...

    Cənab Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir.

    2021-02-12

    Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülən işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq. Bu fikirləri cənab Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib.

  • Şirvan Şəhər İcra Hakimiyyəti şəhid Süley...

    Şirvan Şəhər İcra Hakimiyyəti şəhid Süleyman Bağırovun yeni doğulan körpəsini ziyarət edib.

    2021-02-11

    Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhidin ailə üzvlərini və yeni doğulmuş övladını ziyarət edib, şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun salamlarını və təbriklərini çatdırıblar. Şəhid Süleyman Bağırovun vətənimizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi rəşadətdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildiriblər.

  • Şəhidlərimizin ailə üzvlərinin yaşadıqlar...

    Şəhidlərimizin ailə üzvlərinin yaşadıqları küçələr asfaltlanacaq.

    2021-02-11

    Şəhid ailələri ilə görüşlər zamanı onları narahat edən bir sıra məsələlər 2021-ci ilin görüləcək işlər siyahısına daxil edilmişdir. Vətəni ləyaqətlə qoruyaraq şəhadətin zirvəsinə yüksəlmiş şəhidlərimiz Məmmədli Cavid Natiq oğlunun, Şəxəliyev Elvin Sarvan oğlunun, Məmmədov Röyal Misil oğlunun ailə üzvlərinin yaşadığı M.Aydınov, Naxçıvan və İ.Qayıbov küçələrində yaxın vaxtlarda abadlıq işləri aparılacaq, asfalt örtüyü salınacaqdır.

  • Azərbaycan Respublikasının Birinci vitse-prezid...

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ICESCO-nun keçirdiyi tədbirdə videoformatda çıxış edib.

    2021-02-11

    Fevralın 11-də ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında tədbir keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib.

  • Şirvanda koronavirus (COVİD-19) pandemiyasına q...

    Şirvanda koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri davam edir.

    2021-02-10

    Reydlər zamanı şəhərin küçə və parklarında, marketlərdə, ictimai iaşə obyektlərində vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edərək, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə tanış olublar.

  • Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xi...

    Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatı

    2021-02-10

    09 fevral 2021-ci il tarixində sosial şəbəkələrdə və bəzi internet saytlarında “Şirvan şəhərində Heydər Əliyev abidəsinə hörmətsizlik” başlıqlı paylaşımlar edilmişdir. Həmin məlumatların qərəzli olduğunu və şəhər rəhbərliyinin qısa müddətdə apardığı geniş abadlıq-quruculuq və yenidənqurma işlərinə kölgə salmaq mahiyyəti daşıdığını bildiririk.

  • Şirvanda Vətən müharibəsi şəhidlərinin ail...

    Şirvanda Vətən müharibəsi şəhidlərinin ailələri müntəzəm ziyarət edilir.

    2021-02-09

    Şirvan şəhər İcra Hakimiyyətində yaradılmış qrupun üzvləri növbəti dəfə Şirvan şəhidləri Məmmədov Röyal Misil oğlunun, Qarayev Elnur Qalib oğlunun, Həsənov Həsən Rəhim oğlunun, Cəfərov Yusif Mübariz oğlunun və İslamov Bəxtiyar Saleh oğlunun ailələrinə baş çəkib. Şəhidlərin ailələrinə başsağlığı verilib, onların qisasının alındığı və şəhidlərin daim qəlbimizdə yaşayacaqlarını bildiriblər.

  • Şirvanda yeni STEAM mərkəzi yaradıldı.

    Şirvanda yeni STEAM mərkəzi yaradıldı.

    2021-02-09

    Fevralın 9-da Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyinin nəzdindəki STEAM mərkəzi ilə tanışlıq olub. Tədbirdə təhsil naziri Emin Əmrullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

  • Şirvan şəhəri üzrə əhalinin vaksinləşməs...

    Şirvan şəhəri üzrə əhalinin vaksinləşməsi prosesi davam etdirilir.

    2021-02-09

    Hazırda 65 yaş və ondan yuxarı olan və risk qrupuna daxil edilən insanlar arasında vaksinləşmə işi həyata keçirilir. “Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində bu məqsədlə xüsusi otaqlar ayrılmış və könüllülük əsasında vaksinləşmə işi aparılır.

  • Cənab prezident İlham Əliyev Baş Prokurorluğu...

    Cənab prezident İlham Əliyev Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirak edib.

    2021-02-08

    Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.

  • Şirvan şəhəri sakinlərinin nəzərinə

    Şirvan şəhəri sakinlərinin nəzərinə

    2021-02-06

    Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şirvan şəhərində 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesinin fevralın 8-dən başlayaraq digər əhali qrupları arasında davam etdirilməsi nəzərdə tutulmuşdur. Peyvənd olunmaq istəyən yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan şəxslərin fevral ayının 5-dən başlayaraq öncədən randevu (onlayn növbənin götürülməsi) alması vacibdir.

  • Şirvan Şəhər İcra Hakimiyyətində yaradılm...

    Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış qruplar şəhid ailələrinin qayğıları ilə maraqlanıb.

    2021-02-06

    Növbəti dəfə qrup üzvləri Vətən müharibəsinin şəhidləri Hüseynov Nicat Ziyafət oğlunun, Xəlilov Namiq İlyas oğlunun, Fərəcov Kamran İlqar oğlunun, Məmmədli Cavid Natiq oğlunun, Qəribov Asif Səxavət oğlunun, Şıxəliyev Elvin Sarvan oğlunun, Zülfüqarlı Zeynal Alim oğlunun, Məmmədov Xəqani Füzuli oğlunun və İsmayılzadə Şəhriyar Əkbər oğlunun ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsini yad ediblər.

əvvəlki [2] növbəti