Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyası əleyhinə Şirvan şəhərində profilaktik tədbirlər davam etdirilir.

16 aprel 2021 | 16:00

Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinin yerinə yetirilməsi, koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.
   Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılmış mobil qruplar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə şəhər ərazisində mütəmadi reydlər keçirir. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılır, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyələr verilir. Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyən ictimai-iaşə və ticarət obyektləri sahiblərinin barəsində inzibati qaydada təbirlər görülür.
   15 aprel 2021-ci il tarixində keçirilən reyd zamanı gün ərzində ümumilikdə 243 olmaqla, 145 ticarət, 34 ictimai iaşə, 30 gözəllik salonu və bərbərxana, 33 digər xidmət obyektlərinə nəzarət edilib, 482 nəfər vətəndaşa xəbərdarlıq olunub. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
   Qeyd edək ki, vətəndaş olaraq hər birimizin borcu belə bir həssas dönəmdə keçirilən tədbirlərə dəstək göstərməklə dövlətimizlə həmrəy olmaq, birlik və bərabərlik nümayiş etdirərək sanitar-gigiyenik tələblərə və xüsusi karantin rejiminin qaydalarına riayət etməklə həm özümüzü, həm də ətrafımızda olan insanları və yaxınlarımızı qorumaqdır.

Mətbuat xidməti

Keçidlər