Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda əhalinin vaksinasiyası uğurla davam etdirilir.

17 aprel 2021 | 16:00

Koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də əhalinin  peyvənd olunması kampaniyası uğurla davam etdirilir.
   Bu günə kimi Şirvan şəhəri üzrə ümumilikdə 11134 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub ki, onlardan 2524 nəfəri 65 yaşdan yuxarı, 5719 nəfəri 50-65 yaş arası və 2891 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
   Şirvan şəhər sakinləri vaksinasiya kampaniyasında aktiv iştirak edir, artıq bir ildən çox davam edən koronavirus pandemiyasının tezliklə başa çatması üçün birlik nümayiş etdirirlər.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Keçidlər