Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar “Milli qurtuluşa gedən yol” adlı dəyirmi masa təşkil edildi.

09 iyun 2021 | 16:00

9 İyun 2021-ci il tarixində Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar “Milli qurtuluşa gedən yol” adlı dəyirmi masa təşkil edildi.
   İlk olaraq tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış oldular.  Sonra torpaqlarımızın işğaldan azad edilməsi, vətənimizin bütövlüyü uğrunda döyüşən, qanıyla tarix yazan şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.
   Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fəridə Yahyayeva çıxışında 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın rifahının yaxşılaşdırlımasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmdirilməsindən danışaraq, bugün dünyada yeri və rolu artan Azərbaycanın dahi öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib.
   Daha sonra çıxış edənlər müstəqilliyin ilk iki ilində ölkədə xaosun baş verdiyini, ciddi iqtisadi tənəzzülün olduğunu və dövlət idarəetməsində səriştəsizliyin hökm sürdüyünü qeyd edərək Heydər Əliyevin Naxçıvandan Bakıya qayıtmasını Azərbaycanın müasir tarixinə həlledici dönüş nöqtəsi kimi daxil olduğunu bildiriblər. Öz şəxsi həyatını böyük risk altına qoyan Heydər Əliyevin sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsinin aradan qalxdığı və Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyduğu diqqətə çatdırılıb.
   Tədbir şagirdlərin mövzu ətrafında çıxışları ilə davam edib.

Keçidlər