Şriftin ölçüsü :

Saytın rəngi :

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində keçirilən tədbir haqqında məlumat

26 iyun 2021 | 16:00

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən  21-26 iyun 2021-ci il tarixlərdə 26 iyun “Silahlı Qüvvələr günü”nün qeyd olunması, gənclərin vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə “Hərbi vətənpərvərlik həftəsi” elan edildi.
    Həftə ərzində şəhər orta ümumtəhsil məktəblərin şagirdləri, tələbə gənclər, Gənclər Evinin könüllüləri və Vətən müharibəsi iştirakçıları Gənclər Evinə gələrək, xüsusi hazırlanmış Vətənpərvərlik otağı, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş guşə, Milli Qəhrəmanlarımıza həsr olunmuş guşə ilə tanış oldular. Daha sonra isə Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov ölkəmizdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən danışaraq, Vətən müharibəsinin qazanılmasında cənab Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunun, dəmir iradəsinin böyük rolu olduğunu bildirdi. 44 günlük zəfər yürüşündə ordumuzun əsgər və zabitlərinin şücaətindən, xalqımızın həmrəyliyindən fəxrlə söz açaraq Vətən müharibəsində şəhid olan olan bütün qəhrəmanlarımıza Allahdan rəhmət, qazilərimizə isə şəfa dilədi.
   Gənclər Şirvan Gənclər Evi tərəfindən vətənpərvərlik mövzusunda hazırlanmış, Vətən müharibəsinin 44 gününü özündə əks etdirən video-çarxlar  və Vətən müharibəsində xüsusi şücaət göstərən Şirvan şəhərindən olan əsgər və zabitlərimiz haqqında hazırlanan video-çarxlar izlədilər. Hərbi vətənpərvərlik həftəsi çərçivəsində ümumilikdə 354 nəfər gənc Şirvan Gənclər Evində oldu və keçirilən tədbirlərdə iştirak etdi.

Keçidlər