Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhid Ruslan Rustamlının oğlu Nüsrət Rustamlının doğum günü qeyd edilib.

19 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə dövlət səviyyəsində göstərdikləri diqqət və qayğıya uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyəti də  Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
   Bu gün Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Ruslan Rustamlının oğlu Nüsrət Rustamlının 3 yaşı, ad günü münasibətilə şəhidin ailəsi ziyarət edildi.  Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev şəhid övladı Nüsrət Rustamlını təbrik edərək ən xoş arzularını ifadə edib, ona və bacılarına hədiyələr təqdim etdi. Sonda  xatirə şəkli çəkildi.

   Mətbuat xidməti

 

Keçidlər