Şriftin ölçüsü :

Saytın rəngi :

II Qarabağ müharibəsinə həsr olunmuş “Qarabağ bizimdir!” mövzusunda şeir müsabiqəsi keçirildi.

08 oktyabr 2021 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə 08.10.2021-ci il tarixdə II Qarabağ müharibəsinə həsr olunmuş “Qarabağ bizimdir!” mövzusunda şeir müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsinin 1 illiyinin qeyd olunması,  gənclərin vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, Vətən müharibəsi şəhidlərinin anılmasıdır. Müsabiqədə 23 nəfər gənc iştirak etdi. Münsiflər heyyətinin qiymətləndirməsinə əsasən ən çox bal toplayan 3 iştirakçı ilk 3 yerə layiq  görüldü. Beləliklə,
I Yer- Hüseynli Eldar Mahir oğlu
II Yer- Əzimzadə Dilşad Elşad qızı
III Yer  - Xudiyeva Fatimə Elçin qızı

Qaliblər Şirvan Gənclər Evi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı. Qalibləri təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

Keçidlər