Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhidin ailə üzvlərinin yaşadığı küçəyə asfalt örtüyü vurulub.

13 oktyabr 2021 | 16:00

Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərimizin adının əbədiləşdirilməsi, ailələrinin sosial problemlərinin həlli Şirvan Şəhər İcra Hakimiyyətinin xüsusi diqqətində saxlanılır. Mübariz vətən oğullarının şücayətləri hər zaman yüksək qiymətləndirilir. Ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş şəhidlərimizin ruhlarına ehtiram göstərilir, onların əziz xatirəsi uca tutulur.
    Vətən müharibəsinin şəhidi Şıxəliyev Elvin Sarvan oğlunun anım günü ərəfəsində onun ailə üzvlərinin yaşadığı küçə abadlaşdırılıb. Görülən işlər nəticəsində Naxçıvan küçəsinə yeni asfalt örtüyü vurulub.
    14 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksələn Şıxəliyev Elvin Sarvan oğlunun ildönümünə hazırlıq işləri davam edir.
    Qeyd edək ki, Şirvan şəhərində mərkəzi və məhəllədaxili küçələrin, xüsusilə şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz yolların asfaltlanması işləri davam etdiriləcəkdir.

Mətbuat xidməti

Keçidlər