Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Zülfüqarlı Zeynal Alim oğlunun övladı balaca Zeynalın oktyabrın 28-də doğum günü qeyd edilib.

28 oktyabr 2021 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva və “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Elvin Balayev övladının dünyaya gəlməsi münasibəti ilə şəhidin ailəsini ziyarət edib, şəhidin həyat yoldaşını və Şəhidin valideynlərini təbrik edərək ikinci Zeynalın hər birimiz üçün əmanət olduğunu bildiriblər. Qeyd olunub ki, torpaqlarımızın azadlığı və Vətənimizin bütövlüyü uğrunda şəhid olanlar ən yüksək ehtirama layiqdirlər. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə diqqət və qayğısı hər bir dövlət məmuru və siravi vətəndaş üçün örnəkdir. Şəhid ailələrinin mənzillə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin, torpaq sahələrinin, müavinət, pensiya və Prezident təqaüdünün verilməsi, şəhid övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsi, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı atılan addımlar dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Bu siyasətin davamı olaraq, Şirvan şəhərində də şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulub, ailələrinə hörmət və ehtiram göstərilib, şəhidlərin məzarları vaxtaşırı ziyarət edilib, şəhid ailələrinin sosial problemlərinin vaxtında  həlli olunması istiqamətində lazımi işlər görülüb və bundan sonra da görüləcəkdir.Bütün şəhid övladları kimi balaca Zeynalın müstəqil, azad, bütöv Azərbaycanda xoşbəxt və firavan böyüməsi üçün dövlət səviyyəsində bütün tədbirlər görülcəkdir.  
    Şəhid Zülfüqarlı Zeynalın ailə üzvləri  şəhidlərin ailələrinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, çox hörmətli Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının körpə Zeynala baş çəkməsinin şəhid adının necə uca tutulduğunun bariz nümunəsi olduğunu vurğulayıblar. Balaca Zeynalın dünyaya gəlişindən təsəlli tapan ailəsi hər iki Zeynalın yaşaması üçün başlarını dik tutduqlarını qeyd ediblər.Tökülən qanların yerdə qalmadığını, balaca zeynalların azad və bütöv Azərbaycanda xoşbəxt böyüməsi üçün bu gün hər bir vətəndaşımız Dövlət başçısının ətrafında sıx birləşməli olduğunu bildiriblər.
    Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən qonaqlar sonda şəhidin övladına hədiyyələrini təqdim ediblər.


Mətbuat xidməti

Keçidlər