Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Zəfər günü münasibəti ilə Şəhidlər Xiyabanı ziyarət olunub

08 noyabr 2021 | 16:00

Şirvan şəhərində Zəfər günü münasibəti ilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimai təşkilatların nümayəndələri, şəhər sakinləri Şəhidlər Xiyabanında 1-ci və 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarlarını ziyarət edib. Öncə döyüşlərdə itkin düşənlərin xatirəsinə  ucaldılan abidənin önünə tər qərənfillər düzülüb, “Şəhid Anası” memorial abidə kompleksi ziyarət olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşərək belə qəhrəman, cəsur, mərd oğullar böyütdükləri üçün onlara təşəkkürünü bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şücaətli Vətən övladlarının yaddaşlarda yaşacaqlarını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. 
Şəhər məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub.
    Mətbuat Xidməti                                              

Keçidlər