Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Şirvan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başladı.

26 noyabr 2021 | 16:00

Açılış mərasimində Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və gənclər iştirak edib.
Açılış tədbirində gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa, həmçinin, “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramlarına qoşulmağa dəvət ediblər.

    Fəaliyyətinizdə uğurlar, əziz Şirvan Gəncləri!                                        

Keçidlər