Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Uşaq musiqi məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

04 may 2022 | 16:00

4 may 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə Ümumilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət olunub, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçək dəstələri düzlülüb.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb.
Tədbir Uşaq musiqi mərkəzində davam edib. Tədbiri giriş sözü ilə açan Uşaq musiqi məktəbinin direktoru Əbülfət İsmayılov ömrünü xalqına həsr edən, dövləti üçün misilsiz xidmətlər göstərən Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu, daim ehtiramla yad edildiyini bildirib. Azərbaycan tarixinin əlli ildən çox dövrünün Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlı olduğunu söyləyib. Son 19 ildə Heydər Əliyev siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, ölkəmizin iqtisadi, siyasi, müdafiə gücünün artmasının nəticəsində bugünkü Azərbaycanın Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan olduğunu qeyd edib.
Sonra Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini, Dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov çıxış edərək Şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən şəhər ərazisində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə  həsr olunmuş silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Keçirilən tədbirlərin Ulu Öndərin xatirəsinə ehtiramın nümunəsi olduğunu  vurğulayıb. Onun ölkəmizə rəhbərliyi etdiyi dövrün Azərbaycan tarixində əsaslı dönüş nöqtəsi olduğunu bildirib və dövlətçilik tarixində misilsiz rolundan bəhs edib. Ümummilli liderin şah əsəri olan Azərbaycanın onun ideyaları əsasında günbəgün möhkəmləndiyini, inkişaf etdiyini, beynəlxalq münasibətlər sistemində mövqeyinin artdığını qeyd edib.
Çıxışlardan sonra Uşaq musiqi məktəbinin müəllim və şagird heyətinin ifasında mahnılar səsləndirilib.

 

Mətbuat xidməti

Keçidlər