Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər təhsil müəssisələrinin müəllim-şagird kollektivi Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

06 may 2022 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi respublikamızın bütün bölgələrində silsilə tədbirlərlə qeyd olunur.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq şəhərin idarə, müəssisə və təşkilatlarında Ulu öndərə həsr olunmuş elmi-nəzəri konfranslar, dəyirmi masalar, disputlar, sərgilər təşkil olunur.
Şəhər İcra Hakimiyyətinin və şəhər Şirvan-Salyan Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə şəhərin ümumtəhsil məktəblərinin kollektivləri Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçək dəstələri düzüblər.
Təsdiq olunmuş qrafik əsasında  ümumtəhsil məktəblərinin kollektivləri Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda, dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, həmçinin Ümummilli liderin Şirvan (keçmiş Əli Bayramlı) şəhərinə səfəri zamanı çəkilmiş fotolar tədbir iştirakçılarında dərin təəssürat yaradıb.
Sonra hər bir təhsil müəssisəsində dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan-Salyan Təhsil İdarəsinin məsul əməkdaşları da iştirak edib. Müstəqilliyimizin memarı Ulu öndərin Azərbaycan xalqının inkişafı və dövlətimizin çiçəklənməsi yolunda xidmətlərindən danışılıb. Məktəbilərin ifasında nümayiş olunan ədəbi-bədii kompazisiyalar maraqla izlənilib.
Qeyd edək ki, təhsil müəssiələrinin Ulu öndərin abidəsinin ziyarət olunması və Heydər Əliyev Mərkəzinə ekskursiyaları davam edir.

Mətbuat xidməti

Keçidlər