Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 2015-2016-cı tədris ilinin başa çatmasına həsr olunmuş Son zəng mərasimləri keçirildi.

14 iyun 2016 | 16:00

14 iyun 2016-cı il tarixdə saat 10:00-dan başlayaraq Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyinin və məsul işçilərinin iştirakı ilə şəhərin ümumtəhsil məktəblərində 2015-2016-cı tədris ilinin başa çatmasına həsr olunmuş Son zəng mərasimləri keçirildi. Son zəng mərasimində Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Rafael Cəbrayılov  və şura üzvləri 10 nömrəli tam orta məktəbin 50 illik yubileyi ilə əlaqədar olaraq keçirdiyi tədbirdə iştirak etdi. Tədbirdə Respublikanın tanınmış incəsənət ustaları Elnur Zeynalov, Könül Dağlı və Şirvan şəhər Mədəniyyət və incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı ilə çıxış etdilər.

Keçidlər