Qonaqları salamlayan cənab prezident bildirib ki, səfəriniz üçün, işğaldan azad edilmiş əraziləri ziyarət etmək üçün vaxt tapdığınıza görə sizə çox minnətdaram. Mənə məlumat verilmişdir ki, dünən siz müharibə zamanı Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etmisiniz və özünüz vəziyyətin şahidi oldunuz.
12 yanvar tarixində keçirilən növbəti reyddə ümumilikdə 183 olmaqla, 155 ticarət, 26 digər obyektlərə və 2 yas mərasiminə nəzarət edilib, 382 vətəndaşa xəbərdarlıq edilib.
2021-ci il yanvar ayının 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasını və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək idi.
Bu gün bir neçə şəhid və qazi ailəsini qəbul edən şəhər Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin ailələrinə başsağlığı verib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağı qeyd edib, Vətən müharibəsində iştirak edənlərə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirdikləri üçün təşəkkür edib.
Bu gün şəhər ərazisində görülən işlərlə yerində tanış olmaq məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aidiyyəti qrumların rəhbərləri ilə birlikdə abadlıq-quruculuq işləri gedən ərazilərdə olmuş, müvafiq tapşırıqlarını vermişdir.
Şirvan şəhər İcra Hakimiyyətində yaradılmış mobil təbliğat qrupları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə xarakterli reydləri davam etdirir.
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskva şəhərinə işgüzar səfər edib.
"Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir".
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.
T.İsmayılov küçəsi 19 saylı binanın zirzəmisinin çirkab sularla dolması barədə sosial şəbəkələrdə naməlum şəxsin çəkdiyi video yayılıb. Bildiririk ki, Şirvan şəhəri üzrə ilkin mərhələdə 76 çoxmənzilli yaşayış binalarının zirzəmilərinin çirkab sulardan təmizlənməsi və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulmuşdur. Hazırda 52 yaşayış binasının zirzəmisindən çirkab sular çəkilmiş və kanalizasiya xətləri təmir olunmuş, bu istiqamətdə işlər davam etdirilir.
Son günlərdə şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı” əsaslı surətdə yenidən qurulur, səliqə-sahman yaradılır, geniş abadlıq-tikinti işləri sürətlə davam etdirilir. Artıq İkinci Qarabağ müharibəsində şəhid olanların məzarüstü abidələrinin düzəldilməsi üçün hazırlıq işləri başa çatdırılıb, məzarüstü abidələrin quraşdırılması işləri aparılır.
2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş və tarixi nitq söyləyərkən bir çox tarixi məqamlardan danışmışdır. Azərbaycanın 44 gün ərzində apardığı Vətən Müharibəsinin Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyduğunu və tarixi ədalətin bərpa edilməsini ilin ən mühüm yekunu olduğunu qürurla, fəxrlə təhlil etdı.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Bayramlı qəsəbəsində sakinlərlə görüşüb. Görüşdə Bayramlı qəsəbə icra nümayəndəsi, Salyan Regional Qaz İstismar İdarəsinin baş mühəndisi, Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan xidmət sahəsi üzrə rəis müavini və qəsəbə sakinləri iştirak edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bir qrup Vətən müharibəsi qazisini qəbul edib. Öncə Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandlığı Zəfər münasibətilə onları təbrik edib və xidməti borclarını ləyaqətlə yerinə yetirdiklərinə görə onlara öz təşəkkürünü bildirib.
Sarsılmaz özülə malik olan milli mənəvi dəyərlər sistemimizin önündə gələn Ana dili milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyük milli dəyərimizdir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur.
Bu gün növbəti dəfə Şirvan Şəhər İcra Hakimiyyətinin işçi qrupu Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olub, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb. Onlar qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar. Görüş zamanı qaziləri narahat edən məsələlər qeyd olunub və aidiyyəti üzrə həll olunması ilə bağlı nəzarətə götürülüb.
Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır”, - deyə prezident bildirib.
Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək.
Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq .
Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhfəsini vermiş nadir ölkələrdən biridir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi -mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
Şirvan Şəhər İcra Hakimiyyəti torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında misilsiz şücaət göstərən şəhid ailələrini və qaziləri müntəzəm ziyarət edir, onların sosial problemləri və qayğıları ilə maraqlanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
Artıq İkinci Qarabağ müharibəsində şəhid olanların məzarüstü abidələrinin düzəldilməsi üçün hazırlıq işləri başa çatdırılıb, məzarüstü abidələrin quraşdırılması işləri aparılır, yerə tamet plitələr düzülür. Şəhidlər Xiyabanının işıqlandırılması üçün yeni işıq dirəkləri quraşdırılır, məzarların ətrafında bardyurların düzəldilməsi işləri aparılır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ailələrinin və qazilərin sosial problemlərinin araşdırılması məqsədi ilə hər bir ailəyə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Bələdiyyəsinin, Şirvan şəhər Mərkəzi Xəstəxana Publik Hüquqi şəxsin və Polis şöbəsinin əməkdaşlarından ibarət işçi qrupu təhkim edilmişdir.