Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 1941-1945-ci illər müharibəsində Qələbənin 72-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirildi.

09 may 2017 | 16:00

09 may 2017-ci il tarixdə saat 09:00-da Qələbənin 50 illik abidəsinin önündə Şirvan şəhər İcra Hakimiyyətnin təşəbbüsü və təşkilatçılığı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 72-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirildi. Öncə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri və müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət etdilər.
Sonra Böyük Vətən Müharibəsində Qələbənin 50 illik abidəsi önündə ümumşəhər tədbiri keçirilərək, Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun qəbirüstü abidəsi ziyarət olundu. Sonda “Qızılgül” restoranında müharibə veteranları üçün bayram süfrəsi təşkil olundu.

Keçidlər