Şriftin ölçüsü :

Saytın rəngi :

ELAN

26 may 2017 | 16:00

30 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Sabirabad rayonunda saat 11:30-da Heydər Əliyev adına mərkəzdə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Neftçala, Biləsuvar, Cəbrayıl, Şirvan, Saatli, Salyan, Hacıqabul, Sabirabad rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Sabirabad rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.
Qəbul günləri bütün vətəndaşlar üçündür. Qəbula yazılmaq üçün ilk növbədə (012) 498-00-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı qəbula yazılan ərizəçiyə şəxsiyyət vəsiqəsi və müraciət olunan məsələ ilə bağlı lazımi sənədlərlə hansı tarixdə gələ biləcəyi haqqında məlumat verilir. Telefonu olmayan vətəndaşlar şəxsən və ya teleqram vasitəsilə qəbula yazıla bilərlər.

Keçidlər