Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Heydər Əliyevin 14 iyul 1969-cu ildə respublika rəhbərliyinə seçilməsinin 48-illiyi ilə əlaqədar ümumşəhər tədbiri keçirildi.

14 iyul 2017 | 16:00

14 iyul 2017-ci il tarixdə saat 11:00-da Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə respublika rəhbərliyinə seçilməsinin 48-illiyi ilə əlaqədar ümumşəhər tədbiri keçirildi. Tədbir iştirakçıları öncə Ulu öndərin adını daşıyan meydanda Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, əziz xatirəsini yad etdilər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və eksponatlarla tanış olub, filmə baxdılar. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının I müavini S.Abıyev, şura üzvləri və hüquq mühafizə orqanları rəhbərləri iştirak etdi.

 

Keçidlər